Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək Şeyxülislam şəhidlərimizi yad edərək Allahdan rəhmət diləyəcək, ruhları üçün dualar edəcək. Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının - Rabitə təşkilatının 11 may tarixində Krallığın paytaxtı Ər-Riyadda «Dinlərin davamçılarının ortaq dəyərləri» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcək.
Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük töhfələr verə biləcək ortaq dəyərləri müzakirə ediləcək. İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsanın dəvət məktubunda bu sahədə «töhfələr verəcək şəxslərin öncüllərindən» kimi dəyərləndirdiyi QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda məruzə ilə çıxış edəcək.