Alimlər insanda yeni bir əzələ kəşf etdilər

Alimlər insanda yeni bir əzələ kəşf etdilər

Bazel Universitetindən Dr.Sylvia Mesei və professor Yens Christoph Tyurpun rəhbərlik etdiyi bir qrup tədqiqatçı çənə əzələlərinin əvvəllər araşdırılmamış hissəsini aşkar ediblər.

Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, alimlər öz kəşflərindən Annals of Anatomy elmi jurnalında danışıblar.
"Masseter əzələsinin bu hissəsi öz yeri və funksiyası ilə digər təbəqələrdən aşkar fərqlənir", - Mesei ScienceDaily-ə şərhində izah etdi.
Mütəxəssislərin fikrincə, alt çənənin formalaşmasında əzələnin yeni, daha dərin təbəqəsi iştirak edir və onu stabilləşdirir.
Bu, alt çənəni geri, yəni qulağa doğru çəkə bilən masseter əzələsinin yeganə hissəsidir.
Cəsədlərini elmə bağışlayan vəfat etmiş insanların formalinə batırılmış 12 başı tədqiq edilərək anatomik araşdırma aparılıb.
Daha 16 cəsədin kompüter tomoqrafiyası və bir canlı insanın MRT məlumatları təhlil edilib.
Təsvir edilən təbəqə aşağı çənənin koronoid prosesinə birləşdiyindən elm adamları yeni təbəqəyə Musculus masseter pars coronidea - "masseter əzələsinin tacvari hissəsi" adını veriblər.
"Bildiyimiz kimi, son yüz ildə insan anatomiyasında, sözün əsl mənasında, hər şey öyrənilib. Bizim kəşfimiz daha təəccüblüdür, çünki bu, miqyasına görə zooloqlar tərəfindən onurğalıların yeni növünün kəşfi ilə müqayisə edilə bilər", - professor Tyurp vurğulayıb.
Elmdə çeynəmə əzələsinin iki hissədən ibarət olduğuna inanılırdı: səthi və dərin. Elm adamları əvvəllər masseter əzələsinin quruluşunu şübhə altına alırdılar.

Xəbəri paylaş

VİDEOLAR