1.03.2020 12:39:32
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev saxlanılıb.
Hacı İlham Əliyev dünən günorta, saat 12-13 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
İslamınsəsi saytı dünən saat 22:24-də bu haqda məlumat yayıb.
AİP-in məlumat və bəyanatlarını yayan bu sayt hələ də partiyanın sədr əvəzinin sərbəst buraxılması ilə bağlı məlumat verməyib.