Avropa İttifaqı Fələstində zorakılığa dərhal son qoymağa və müqəddəs yerlərə hörmət etməyə çağırıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Avropa İttifaqı bu gün yaydığı bəyanatda Fələstində, xüsusilə də əl-Əqsa məscidində zorakılığa dərhal son qoymağa, müqəddəs yerlərə hörmət etməyə, İordan çayının Qərb sahilində təhlükəsizliyi bərpa etmək istiqamətində Fələstin və İsrail hakimiyyət orqanlarını əməkdaşlığa çağırıb.
Bildirilib ki, Əl-Əqsa məscidindəki qarşıdurmalar israillilər və fələstinlilər arasında daha geniş münaqişə riskini artırır.
Qeyd edək ki, İsrail qüvvələrinin bu gün sübh çağından əl-Əqsa məscidinə basqın etməsi nəticəsində 152 fələstinli yaralanıb və xəsarət alıb.
Fələstin Muxtariyyəti bu addımı “fələstinlilərə qarşı müharibə elanı” kimi qiymətləndirib.