ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonla Tehran arasında əldə olunan məhbus mübadiləsi razılaşması ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, Metyu Miller Vaşinqton və Tehran arasında əldə olunan məhbus mübadiləsi razılaşması ilə bağlı mətbuat konfransında bildirib ki, İranla məhbus mübadiləsi prosesi davam edir.
Amerika mətbuatına görə, Bayden administrasiyası ABŞ-İran svop razılaşması çərçivəsində Cənubi Koreyada dondurulmuş İran fondunun 6 milyard dollarını Qətərə köçürmək üçün yaşıl işıq yandırıb.
Razılaşmaya əsasən, ABŞ İranda saxlanılan 5 Amerika vətəndaşının müqabilində 5 İran vətəndaşını azad edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani mövzu ilə bağlı dünən verdiyi açıqlamada bu razılaşmanın çox yaxında həyata keçiriləcəyini bildirib.