Ağ Ev vaksindən imtina edən məmurların işdən qovulacağını açıqladı

Ağ Ev vaksindən imtina edən məmurların işdən qovulacağını açıqladı

“ABŞ federal hökumət rəsmiləri koronavirusa qarşı peyvənddən imtina etdikləri halda vəzifələrindən azad olunacaq, lakin işin bu həddə çatmayacağına ümid edirəm”.

Rasthaber Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ Prezidentinin mətbuat katibi Cen Psaki brifinqdə deyib.

Jurnalistlərin “məmurlar peyvənddən imtina edərkən intizam tədbiri olaraq onların işdən çıxarılacağı ehtimal olunur” sualını Psaki təsdiq edib: “Doğrudur, lakin ümid edirəm ki, vəziyyət bu həddə çatmayacaq. Bizim vəzifəmiz, əlbəttə ki, peyvəndlərin təhlükəsizliyi, effektivliyi və mövcudluğu haqqında federal hökumət rəsmilərinə məlumat verməkdir”.

 

Xəbəri paylaş

VİDEOLAR