Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Amerika regionda gərginliyin artmasına və İranla müharibəyə can atmır.
Az.rasthaber.com xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerikanın İordaniyadakı hərbi qərargahına bir gecədə ölümcül hücumu İranla əlaqələndirən iddialara cavab olaraq deyib.
“Biz İranla müharibə və regionda gərginliyin və münaqişələrin artmasına ümid etmirik”.
Amerika mediası bazar günü İraq, Suriya və İordaniyanın sərhəd üçbucağında yerləçən “Əl-Tanf” bazası yaxınlığında “Qüllə 22” bazasında amerikalı əsgərlərin qərargahına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, ən azı 35 nəfərin yaralandığını bildirib.