Afrikalı liderdən dünya liderlərinə Fələstin çağırışı

Afrikalı liderdən dünya liderlərinə Fələstin çağırışı

Cənubi Afrika Respublikasının (CAR) prezidenti dünya liderlərini Fələstinin məsələsinin həlli üçün səy göstərməyə çağırıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa dünya liderlərini Fələstinin məsələsinin həlli üçün səy göstərməyə çağırıb.

“Dünya ictimaiyyətinin bir hissəsi olaraq, biz Fələstinin məsələsinin ədalətli, uzunmüddətli və dinc həlli yolunun axtarışına töhfə verməklə bağlı məsuliyyət daşıyırıq”, deyə Ramafosa BMT Baş Assambleyasının 76-cı sessiyasında bəyan edib.

Onun sözlərinə görə, fələstinlilərin öz talelərini müəyyən etmək hüququ olmalıdır.

CAR prezidenti əminliyini ifadə edib ki, Fələstin torpaqları azad edilməyənədək Yaxın Şərqdə sülh və ədalət təmin edilməyəcək.

Bundan başqa, Ramafosa BMT ilə bağlı islahatlar mövzusuna da diqqət çəkib.

O deyib ki, 1,3 milyard nəfərlik əhalisi olan Afrika kontingenti BMT-də tam şəkildə təmsil olunmayıb.

Xəbəri paylaş

VİDEOLAR