Afrikada COVİD 19-a yoluxanların sayı 4 milyon 500 minə çatır

Afrikada COVİD 19-a yoluxanların sayı 4 milyon 500 minə çatır

Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, aprelin 18-i üçün Afrikada koronavirusa 4 421 627 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 117 696 nəfəri vəfat edib, 3 960 793 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Efiopiyada və Misirdə qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR