Afrika Birliyindən Qəzza ilə bağlı ÇAĞIRIŞ

Afrika Birliyindən Qəzza ilə bağlı ÇAĞIRIŞ

Afrika Birliyi (AfB) Komissiyasının sədri Musa Faki Mahamat İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında humanitar atəşkəsin elan edilməsi ilə əlaqədar çağırış edib.

Az.rasthaber.org xəbər verir ki, Mahamat Pan-Afrika Parlamentindəki çıxışında Qəzzadakı humanitar böhrana toxunub.

Qəzzada humanitar atəşkəsin elan edilməsi ilə əlaqədar çağırış edən Mahamat fələstinlilərin ağlasığmaz ağrı-acı yaşadıqlarını qeyd edərək beynəlxalq hüququn açıq şəkildə pozulduğunu vurğulayıb.

Fələstinli mülki əhalinin bombalanmasının, onların həyat və dolanışıq vasitələrinin sistematik şəkildə məhv edilməsinin 100 gün davam edən faciəyə çevrildiyini bildirən Mahamat deyib: “Afrika Birliyi İsrail-Fələstin münaqişəsində humanitar atəşkəs çağırışını təkrarlayır və iki dövlətli həlli dəstəkləyir”.
Oktyabrın 15-də Afrika Birliyi Qəzzada fələstinlilər üçün fövqəladə humanitar dəhlizin yaradılmasını tələb edib.

HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. İsrail də buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ”Dəmir qılınclar” əməliyyatına başladığını bildirib.
Gərginlik səbəbindən 24 mindən çox fələstinli həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR