Afrika Birliyi Qabondakı çevrilişi pisləyib

Afrika Birliyi Qabondakı çevrilişi pisləyib

Afrika Birliyi (AfB) Qabondakı "hərbi çevrilişi qətiyyətlə pislədiyini" bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Afrika Birliyi (AfB) Komissiyasının sədri Musa Faki Məhəmmədin verdiyi açıqlamada Qabondakı hərbi çevrilişin pisləndiyi və bu addımın AFB-nin prinsiplərinə zidd olduğu bildirilib.

“AfB Komissiyasının sədri Məhəmməd Qabondakı vəziyyəti böyük narahatlıqla izləyir və ölkədə seçki sonrası böhranın həlli yolu kimi hərbi çevrilişi qətiyyətlə pisləyir”, - deyə bəyanatda bildirilir.

Hərbi çevrilişin AFB-nin hüquqi və siyasi alətlərinin açıq-aşkar pozulması olduğu bildirilən bəyanatda Qabon ordusu və təhlükəsizlik qüvvələrini respublika vəzifələrinə sadiq qalmağa, prezidentin, ailəsinin və hökumət üzvlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR