Afrika Birliyi İsrailə qarşı sərt mövqe qoydu

Afrika Birliyi İsrailə qarşı sərt mövqe qoydu

Afrika Birliyi (AfB) İsrail rejimi qüvvələrinin Əl-Əqsa məscidinə və blokada altındakı Qəzzə zolağına hücumlarını sərt şəkildə qınayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, AfB Komissiyasının prezidenti Musa Faki Muhammed mövzu ilə əlaqədar verdiyi açıqlamasında, İsrail rejimi qüvvələrinin Əl-Əqsa məscidi və Qəzzədə namaz qılanlara qarşı hücumlarını qınayıb və bir birlik olaraq fələstinlilərin yanında olduqlarını vurğulayıb.

Musa Faki Muhammed fələstinlilər üçün Şərqi Qüdsün paytaxtı olan müstəqil və suveren dövləti dəstəklədiklərini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR