ABŞ Dövlət Departamenti Yunanıstana bir neçə döyüş gəmisi satmaq, eləcə də onun ağır yük daşıyan donanmasını modernləşdirmək qərarını açıqlayıb.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Vaşinqtonun Yunanıstana 6,9 milyard dollar dəyərində 4 döyüş gəmisi satmağa, həmçinin 2,5 milyard dollarlıq ağır sualtı qayıqlarını təkmilləşdirməyə və modernləşdirməyə razılıq verdiyini açıqlayıb.
Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi də açıqlamasında tələb olunan sertifikatı təqdim etdiyini və mümkün satış barədə Konqresə məlumat verdiyini bildirib. Bəyanatda deyilir:
"Təklif olunan satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm tərəfdaş olan NATO-nun təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək".