Yəmənin Ənsarullah Hərəkatının Təl-Əvivdəki Ben Qurion hava limanına raket hücumundan sonra işğalçı ABŞ-ın Yəmənin qərbində yerləşən Hudeydə limanına və şəhərinə silsilə hücumlar təşkil etdiyi bildirilir.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Əl-Məsirə telekanalı xəbər verir ki, Ənsarullah hərəkatının Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endirməsindən sonra ABŞ və İsrail hərbi hava qüvvələri Yəmənin qərbindəki Hudeydə limanına və şəhərinə silsilə zərbələr endirib. Məlumatda həmçinin bildirilirdi ki, Bəcil şəhəri və onun rayonu da vurulub.
Bazar günü səhər saatlarında Yəməndən atılan raket İsrailin Ben Qurion hava limanına düşüb. Bu vəziyyət hava limanının yarım saatlıq bağlanmasına səbəb olub.