ABŞ Venesuelaya qarşı sanksiyaları bir şərtlə ləğv etmək istəyir

ABŞ Venesuelaya qarşı sanksiyaları bir şərtlə ləğv etmək istəyir

ABŞ Venesuelaya qarşı sanksiyaları bir şərtlə ləğv etmək istəyir

Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, bunun müqabilində prezident Nikolas Maduro və müxalifət lidei Xuan Quadonun müttəfiqlərinin iştirakı ilə müvəqqədi hökumətin formalaşdırılması tələb olunur.

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı günü bununla bağlı açıqlama verməlidir.

Plan Maduro və Quaydonun parlament seçkiləri keçirilənədək səlahiyyətlərin 5 üzlük şuraya təhvil verməsini nəzərdə tutur.

Neftlə zəngin bu ölkədə iqtisadi tənəzzül yaşanır. ABŞ-ın iqtisadi təzyiqləri koronavirusun yayıldığı və neft qiymətlərinin düşdüyü bir vaxt həyata keçirilir.

Virus Venesuelanın səhiyyə sistemini də sarsıdıb.

ABŞ ilk dəfə Maduro rəsmiləri və ölkənin neft sektoruna tətbiq edilən sanksiyaların ləğvini təklif edib.

İnsan haqlarına riayət etmədikıərinə görə tənqidlərə məruz qalan rəsmilər və narkotik qaçaqmalçıları sanksiyalardan azad edilməyəcək. Lakin Maduro hökumətinin qara siyahıya salınan rəsmiləri bundan bəhrələnə bilər.

Müvəqqəti hökumətin təşkili ideyası çox ehtimal ki, Maduro və onun müttəfiqləri tərəfindən qəbul edilməyəcək. 

Xəbəri paylaş

VİDEOLAR