ABŞ və Ukrayna nasizm və neonasizmlə mübarizəyə qarşı çıxdı

ABŞ və Ukrayna nasizm və neonasizmlə mübarizəyə qarşı çıxdı

BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə irəli sürülmüş nasizm və neonasizmlə mübarizə ilə bağlı qətnaməni qəbul edib.

Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi "Twitter" səhifəsində yazıb.

Sənədin lehinə 130, əleyhinə iki ölkə səs verib. 49 ölkə bitərəf qalıb.

Azərbaycan qətnamənin lehinə səs verib. Sənədin əleyhinə səs verən ölkələr ABŞ və Ukrayna olub.

Türkiyə, Böyük Britaniya, Aİ bitərəflər arasında yer alıb.

Xəbəri paylaş

VİDEOLAR