Yəmənin Ənsarullah Hərəkatı ABŞ və İngiltərənin Səda şəhərinə 3 hücum təşkil etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Əl-Mesirah kanalı öz xəbərində ABŞ və Britaniya qüvvələrinin Səda şəhərinin Bakim qəsəbəsindəki Yesnim bölgəsində 3 ayrı hücum təşkil etdiyini bildirib.
Hücum nəticəsində can və ya mal itkisi ilə bağlı məlumat verilməsə də, ABŞ və İngiltərədən hələlik bir açıqlama verilməyib.
Yəmən Ənsarullah Hərəkatı dünən axşam saatlarında Ərəb dənizində İsrail gəmisini və Qırmızı dənizdə ABŞ hərbi gəmilərini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldıqlarını açıqlayıb.