ABŞ və İngiltərə Yəmənə yenidən hücum edib

ABŞ və İngiltərə Yəmənə yenidən hücum edib

Yəmən Ənsarullah Hərəkatı dünən ABŞ və İngiltərənin Yəmənin Həccə şəhərinə hücum etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Mesirah telekanalının xəbərinə görə, ABŞ-Böyük Britaniya döyüş təyyarələri Həccə şəhərinin Abes rayonunun əl-Cerr bölgəsinə 4 hücum həyata keçirib.

Xəbərdə əlavə təfərrüatlara yer verilməsə də, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Həccə şəhərinin atəşə tutulması diqqət çəkib.

ABŞ və Böyük Britaniya hələlik sözügedən hücumla bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR