Əl-Mesirah televiziyasında yayımlanan xəbərdə ABŞ və İngiltərə hərbi hava qüvvələrinin Yəmənin qərbində yerləşən Hudeydə əl-Arc bölgəsinə iki hava hücumu təşkil etdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Yəmən ordusu ABŞ və İngiltərənin ölkənin qərbindəki Hudeydə şəhərinə hücum etdiyini açıqlayıb.
Yəmən mənbələri daha əvvəl Yəmənin bəzi bölgələrinin hədəf alındığını bildirmişdilər.
Əl-Mesirah-ın məlumatına görə, ötən saatlarda Hudeydanın əl-Cubbane bölgəsində də hərbi hücum həyata keçirilib.
Xəbərdə hücumların hədəfləri və nəticələri ilə bağlı məlumat verilməsə də, ABŞ və İngiltərədən heç bir açıqlama verilməyib.