ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəmənin 4 vilayətinə hava zərbələri endirib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Səna, Taiz, Hudeydə və Həccə əyalətlərindəki bəzi məntəqələri hədəfə alıb.
Bu kontekstdə Yəmənli bir hərbi mənbə ABŞ və Böyük Britaniyanın davam edən hücumlarını Yəmənin Qəzzada Fələstin xalqına dəstək əməliyyatlarını pozmaq üçün “uğursuz cəhd” kimi qiymətləndirib.
Bundan əvvəl Yəhya Səri ABŞ və İngiltərənin bu ölkəyə qarşı hücumlarının cavabsız qalmayacağını bəyan etmişdi.