ABŞ və Böyük Britaniya yenidən Yəmənə hücum edib

ABŞ və Böyük Britaniya yenidən Yəmənə hücum edib

Əl-Məsirə kanalı əl-Hüdeydə əyalətindəki bölgələrin işğalçı qərb düşməninin hücumuna məruz qaldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, yerli mənbələr bu gün Yəmənin müxtəlif bölgələrinin səmalarında düşmənin çoxlu döyüş təyyarələrinin uçuş etdiyini bildirib.

Əl-Məsirə kanalı son xəbərlərində bu açıqlamaları verib: “ABŞ və İngiltərə Əl-Hüdeydə əyalətinin əl-Kasib və əl-Cəbənə bölgələrinə hücum edib.

Bu hücumdan bir neçə dəqiqə sonra əl-Düreyhemi şəhərinin əl-Taif bölgəsi də qərb düşməninin hücumuna məruz qaldı.

Terror təşkilatı CENTCOM daha əvvəl cümə axşamı axşam saatlarında Yəmən ordusu və silahlı qüvvələrinin mövqelərinə qarşı 7 hücum təşkil etdiyini bildirmişdi.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Səlam ABŞ və Böyük Britaniya döyüş təyyarələrinin Yəmən ərazisinə hücumlarına cavab olaraq deyib: Bu hücumlar Yəmən silahlı qüvvələrinin Qəzza xalqını dəstəkləməsinə mane olmayacaq.

Sionist rejimin Qəzzə zolağına hücumları artdıqdan sonra Yəmən silahlı qüvvələri bu rejimə məxsus və bu rejimə gedən gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyib.

Təl-Əvivə dəstəyini davam etdirən ABŞ Yəmənin sionist gəmilərinə qarşı əməliyyatları intensivləşdikdən və bu ölkənin ərazisinə dəfələrlə hücum etdikdən sonra Yəmən silahlı qüvvələrinə qarşı koalisiya yaradıb.

Xəbəri paylaş

VİDEOLAR