ABŞ Türkiyəyə yox demişdi, Ərəb Əmirliyinə razılıq verdi

ABŞ Türkiyəyə yox demişdi, Ərəb Əmirliyinə razılıq verdi

Birləşmiş Ərəb Əmirlikləri ABŞ-la 50 ədəd f-35 qırıcısı, həmçinin 18 zərbə PUA-sının alınmasına dair saziş imzalayıblar.

Rasthaber Azərbaycan “Reuters”ə istinadla xəbər verir ki, sənəd üzərində iş hələ Baydenin prezident vəzifəsinə keçməsindən öncə aparılıb. Bəzi mənbələr müqavilənin Baydenin andiçməsindən 1 saat əvvəl imzalandığını iddia edirlər.

Sözügedən müqavilənin ümumi dəyəri 23,37 milyard dollar təşkil edir.

Baydenin administrasiyası sazişin imzalanmasına dair hələlik heç bir şərh verməyib.

Xatırladaq ki, F-35 qırıcılarını Türkiyə hökuməti də almaq istəyirdi. Lakin Tramp administrasiyası Ankaranın Rusiyadan C-400 zenit komplekslərini almasını bəhanə edərək, döyüş təyyarələrinin satışını dondurub.

Xəbəri paylaş

VİDEOLAR