ABŞ Suriyanın sərvətlərini talamaqda davam edir

ABŞ Suriyanın sərvətlərini talamaqda davam edir

İşğalçı ABŞ Suriyanın Əl-Cəzirə bölgəsindən daha çox neft oğurlamaq üçün əməliyyatlarını gücləndirib və bu səhər Əl-Cəzirə yataqlarından oğurlanmış neftlə yüklənmiş 95-dən çox tankeri İraq ərazisindəki bazalarına köçürüb.

Az.rasthaber.com xəbər verir ki, Suriya rəsmi xəbər agentliyinin məlumatına görə, Yarubiya çölündəki yerli mənbələr: “Suriya nefti ilə yüklənmiş 70 tankerdən ibarət işğalçı ABŞ karvanı bu səhər qruplar halında qeyri-qanuni Mahmudiya keçidindən çıxarılıb.

Bu mənbələr həmçinin bildiriblər ki, 65 avtomobil karvanı, o cümlədən oğurlanmış neftlə yüklənmiş 25 tanker Yarubiya kəndi ərazisindəki qeyri-qanuni əl-Valid keçidindən eyni vaxtda yola düşüb.

Xəbəri paylaş

VİDEOLAR