ABŞ Suriyanın şərqində gərginliyin artmaması üçün İrana mesaj göndərib

ABŞ Suriyanın şərqində gərginliyin artmaması üçün İrana mesaj göndərib

Son həftələrdə Suriyada Fəratın şərq və qərb sahilində ABŞ və İrana bağlı qüvvələrin arasında qarşıdurmanın artması fonunda Vaşinqtondan İrana gərginliyin qarşısını almaq məqsədilə mesaj göndərilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “New York Times” ABŞ mənbələrinə istinadən məlumat dərc edib.

Bildirilib ki, ABŞ hökuməti xüsusi kanallarla İran tərəfinə mesajlar göndərərək, Suriyanın şərqində gərginliyi artırmaq niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Bayden cari həftə Suriyanın şərqində Sepah-a bağlı qüvvələrə hücumun göstərişinin onun tərəfindən verildiyini və lazım gələrsə bölgəyə əlavə qüvvələrin göndəriləcəyini bildirib.

Xatırladaq ki, son həftələrdə Fəratın şərqində (Suriyanın Dirazzur əyaləti) ABŞ-ın zəbt etdiyi neft-qaz yataqlarına hücum edilib. ABŞ da Fəratın qərbində Suriya hökumətinin nəzarətindəki əraziləri hədəfə alıb.

ABŞ və Separatçı kürd bölmələri 2014-cü ildən başlayaraq İŞİD-lə mübarizə adı altında bölgəni zəbt ediblər.

Xəbəri paylaş

VİDEOLAR