ABŞ Suriyadakı hərbi bazasını boşaldır

ABŞ Suriyadakı hərbi bazasını boşaldır

İddia edilib ki, Yaxın Şərqdə gərginliyin artmasında aparıcı aktorlardan biri olan ABŞ Suriyada təkrar hücumlar təşkil etdiyi üçün Dəməşqdən 700 km uzaqlıqdakı Qamışlı yaxınlığındakı hərbi bazasındakı bütün şəxsi heyəti təxliyə edib.

Az.rasthaber.org xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artmasında aparıcı aktorlardan biri olan ABŞ Suriyada təkrar hücumlar təşkil etdiyi üçün Dəməşqdən 700 km uzaqlıqdakı Qamışlı yaxınlığındakı hərbi bazasındakı bütün şəxsi heyəti təxliyə edib.

Sputnik-in məlumatına görə, ABŞ rəsmiləri hələlik bu məlumatı təsdiqləməyib.

Yanvarın 9-da ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder 2023-cü il oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ qüvvələrinə 127 dəfə hücum edildiyini və bu hücumların 52-nin İraqdakı, 75-i isə Suriyadakı ABŞ bazalarına yönəldiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR