ABŞ Suriyadakı düşərgədən yüzlərlə İŞİD ailəsini İraqa köçürür

ABŞ Suriyadakı düşərgədən yüzlərlə İŞİD ailəsini İraqa köçürür

ABŞ qüvvələri Suriyanın şimal-şərqindəki Qamışlı çölündə yerləşən “Xan əl-Cəbəl” düşərgəsindən yüzlərlə İŞİD terrorçusunun ailəsini İraq ərazisinə köçürür.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi (SANA) yerli mənbələrə istinadən xəbər verir.

Bildirilib ki, “ABŞ İŞİD terrorçularının ailələrinin də olduğu Qamışlı rayonunda Xan əl-Cəbəl düşərgəsindən 300 avtobus və yük maşınıni İraqa istiqamətləndirib.

Burada İŞİD ailə üzvlərindən yüzlərlə nəfərin olduğu bildirilir.

Suriya hökuməti bir neçə dəfə bildirib ki, ABŞ İŞİD üzvlərini İraq və Suriyada hökumət qüvvələrinə hücum məqsədilə istifadə edir.

Xəbəri paylaş

VİDEOLAR