ABŞ ordusu Suriyanın Deyr əz-Zor vilayətindəki bazalara təxminən 50 maşından ibarət əlavə qüvvə göndərib.
Az.rasthaber.com xəbər verir ki, avqustun 14-də ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd-keçid məntəqəsindən keçərək Həsəkəyə daxil olub.
Təxminən 50 maşından ibarət karvan Deyr əz-Zor çölündə Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.
ABŞ-ın Bradley və pulemyota quraşdırılmış dörd təkərli maşınlar konvoyları qoruyub.
Konvoylara zirehli texnika, yanacaq tankerləri və sursatla dolu maşınların daxil olduğu bildirilib.