ABŞ: Suriyada nə qədər qalacağımızı bilmirik

ABŞ: Suriyada nə qədər qalacağımızı bilmirik

ABŞ Mərkəzi Komandanlığının "CENTCOM" komandiri, general Kennet Makkenzi, ABŞ qüvvələrinin Suriyada nə qədər qalacağını hələlik bilmədiyini deyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Makkenzinin açıqlamaları ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanıb.

Bildirilib ki, Makkenzi son konfransda çıxışı zamanı ABŞ qüvvələrinin Suriyada nə qədər qalacağının hələ naməlum olduğunu bildirib.

O, ABŞ qüvvələrinin Suriyanı tərk etməsilə bağlı yekun qərarın ölkə rəhbərliyi tərəfindən veriləcəyini deyib.

Makkenzi iddia edib ki, “ABŞ qüvvələri Bağdad hökumətinin dəvəti ilə İraqda mövcuddurlar.” O əlavə edib ki, “İraq təkcə ABŞ deyil, NATO qüvvələrinin qalmasını da istəyir.”

Qeyd edək ki, 2010-cu ildə İraqı tərk edən ABŞ qüvvələri 2014-cü ildə yenidən İraq və Suriyaya İŞİD-lə mübarizə adı altında yerləşiblər. Hazırda Suriyada Fərat çayının şərqində neft quyularının olduğu bölgəni ABŞ qüvvələri və separatçı kürd bölmələri zəbt ediblər.

Xəbəri paylaş

VİDEOLAR