Rusiya Müdafiə Nazirliyi, Suriya ərazisində qanunsuz olaraq mövcud olan ABŞ qüvvələrinin, Homs kəndinin şərqində yerləşən Əl-Tənf bölgəsində terrorçulara təlim keçdiyini və Suriya dövlətinə qarşı terror hücumları həyata keçirmək üçün onlara dəstək verdiyini bir daha vurğulayıb.
Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib:
"Amerikalıların Suriyada xarici siyasət prioritetlərini həyata keçirmək vasitələrindən biri kimi gördükləri “İŞİD” terrorçularının Tanf bölgəsində təlim keçdiyi silahlı qruplar Suriyanın mülki obyektlərinə və mülki şəxslərə, o cümlədən neft obyektlərinə hücum edir.
Səhrada aparılan əməliyyatların mürəkkəbliyinə baxmayaraq, Suriya Ərəb Ordusunun bölmələri Rusiya kəşfiyyat təyyarələrinin dəstəyi ilə, terrorçuların sığınacaqlarını aşkar edərək, yüksək dəqiqlikli zərbələrlə məhv ediblər".
Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri 2015-ci ilin sentyabrından Suriya Respublikasının müraciəti əsasında Suriya Ərəb Ordusunun terror təşkilatlarına qarşı mübarizə səylərini dəstəkləmək üçün iştirak edir.