ABŞ Suriya prezidentinin BƏƏ-yə səfərindən hiddətlənib

ABŞ Suriya prezidentinin BƏƏ-yə səfərindən hiddətlənib

ABŞ İŞİD-lə uzun illər ərzində mübarizədə qələbə qazanan Suriya prezidenti Bəşər Əsədin Birləşmiş Ərəb Əmirliklərinə səfərindən dərin məyusluq ifadə edib.

Praysın sözlərinə görə, ABŞ BƏƏ və başqa ölkələri Suriya ilə danışıq aparanda bu ölkənin son 10 ildə öz xalqına qarşı apardığı daxili siyasətini nəzərə almağa çağırıb.
Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Suriya prezidenti ilə görüşdə Suriyanı ərəblərin təhlükəsizliyinin əsas sütunu adlandırıb və onun ərazi bütövlüyü və sabitliyini dəstəkləyib.
Bundan əvvəl Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Qərb tərəfindən Rusiyaya qarşı davam edən ayrı-seçkilik dünya tarixində misilsizdir və beynəlxalq hüququn prinsiplərini sarsıdır.

Xəbəri paylaş

VİDEOLAR