Amerika Birləşmiş Ştatları (ABŞ), təxliyə prosesinin başladığı 14 Avqustdan bəri Əfqanıstandan 48 min nəfər çıxardığını bildirib.
Ağ Evdən yayılan açıqlamaya görə, ABŞ sutka ərzində Kabil Həmid Kərzai Beynəlxalq Hava Limanından daha 10 min 900 nəfəri təxliyə edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, açıqlamada deyilir: “Təxliyə prosesinin başladığı 14 Avqustdan bəri ölkədən çıxarılanların sayı 48 min nəfərə çatıb. İyulun sonundan bu yana təxminən 53 min insan isə başqa ölkələrə köçürülüb”.