'ABŞ sanksiyaların səbəb olduğu bütün maddi və mənəvi ziyanları ödəməlidir'

'ABŞ sanksiyaların səbəb olduğu bütün maddi və mənəvi ziyanları ödəməlidir'

“Amerika İrana qarşı sanksiyaların bütün maddi və mənəvi ziyanlarını ödəməlidir. Sözügedən sanksiyalar bəşəriyyətə qarşı cinayətdir ki, bu ölkə etdiyinə görə cavabdeh olmalıdır”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İnsan Hüquqları Mərkəzinin katibi və Məhkəmə Hakimiyyətinin sədr müavini Kazim Qərib-Abadi deyib.

K.Qərib-Abadi BMT-nin İrana göndərdiyi xüsusi rəsmisinin hesabatına diqqət çəkib və burada sanksiyaların vətəndaşlar üçün mənfi təsir edən nəticələrə toxunub.

İran rəsmisi bildirib ki, ABŞ, adıçəkilən hesabatda sanksiyaların vurduğu zərərlərin qeyd edildiyi kimi, etdiyi əməllərdən dolayı maddi və mənəvi ziyanları ödəməlidir.

Qeyd edək ki, BMT-nin məruzəçisi Alena Duan İranda 12 günlük səfərdə olub. BMT məruzəçisi burada ABŞ sanksiyalarının ziyan vurduğu sahələrə, xüsusilə də sanksiyalardan dolayı işində əngəllər yaranan bəzi səhiyyə ocaqlarına baş çəkib. O hesabatında ABŞ sanksiyalarının İran xalqına ciddi ziyanlar vurduğunu yazıb. Bildirək ki, ABŞ sanksiyaları birtərəflidir və BMT tərəfindən təsdiqlənməyib.

Xəbəri paylaş

VİDEOLAR