ABŞ: Rusiya hipersonik raketlərdən istifadə etməyib

ABŞ: Rusiya hipersonik raketlərdən istifadə etməyib

ABŞ mətbuatına danışan, adı açıqlanmayan yüksək səviyyəli müdafiə rəsmisi, Rusiyanın Ukraynada irəliləyişinin bütün xətlərdə dayandığını iddia edib.

Az.rasthaber.com-un xəbərinə görə, ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi bildirib ki, ötən həftədən etibarən rus qoşunlarının Kiyevə doğru hərəkəti azalıb. 
Rəsmi həmçinin bəyan edib ki, ABŞ Rusiyanın Ukraynada hipersəs raketlərindən istifadə etməsi ilə bağlı iddiasını təsdiq edə bilməz. Rusiyanın raketdən istifadə ehtiyacı duyduğunun təsdiq edilmədiyini bildirən səlahiyyətli, Rusiya ordusuna məxsus dəqiq idarə olunan raketlərin azalmış ola biləcəyini və ya mesaj vermək istədiklərini ifadə etdi.

Xəbəri paylaş

VİDEOLAR