Qəzza zolağı hökuməti bəyan edib ki, ABŞ-ın Qəzzada tikdiyi müvəqqəti liman regionun ehtiyaclarını ödəməyəcək və sionist İsrailə müharibəni uzatmaq imkanı verəcək.
Az.rasthaber.com xəbər verir ki, hökumət Media Ofisindən edilən yazılı açıqlamada bildirilib:
“ABŞ rəhbərliyi limanın qurulmasında məqsədin “Qəzzada Fələstin xalqına humanitar yardım və ərzaq çatdırmaq” olduğunu deyərək öz çirkin üzünü gözəlləşdirməyə və mədəni görünməyə çalışır".
ABŞ administrasiyası Qəzzada soyqırım müharibəsini idarə etmək və davam etdirmək üçün çalışır, işğala qarşı müdafiə və dəstək divarı yaradır və mülki şəxslərə qarşı müharibəni davam etdirmək üçün İsrailə mütləq dəstəyini davam etdirir. Bəyanatda liman yaratmaq niyyətinə “şübhə ilə yanaşıldığı” ifadə edilib və Qəzzada bütün sərhəd qapılarının dərhal açılması və yanacaq da daxil olmaqla yardımların verilməsi çağırışı edilib.
Qəzzada Fələstin xalqına qarşı tətbiq edilən “aclıq” siyasətinə görə tamamilə ABŞ-ın məsuliyyət daşıdığı vurğulanıb.
Bütün ölkələri, beynəlxalq qurumları və təşkilatları “soyqırım müharibəsini və Qəzza zolağına hücumlarını dayandırmaq üçün İsrailə və ABŞ administrasiyasına faktiki və real təzyiq göstərməyə”, İsrailin müttəfiqlərindən də "mülki əhali, uşaq və qadınların öldürülməsi üçün istifadə edilən öldürücü silahların tədarükünü dayandırmaq" tələb olunub.