ABŞ qüvvələri Somalini bombalayıb - SƏBƏB

ABŞ qüvvələri Somalini bombalayıb - SƏBƏB

ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı (AFRICOM) Somali hökuməti ilə koordinasiyada Əş-Şəbab qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Rasthaber Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə "AFRICOM"un rəsmi portalında dərc olunan məlumatda deyilir.

"Zərbələr Muduq bölgəsinin Kamaro bölgəsində həyata keçirildi. Hökumət bölmələri ilə Əş-Şabab silahlıları arasında döyüşlər davam etdiyi üçün qruplaşma tərəfdən vurulan ziyanın qiymətləndirilməsi hələ qurulmayıb", - məlumatda deyilir.

Xatırladaq ki, Somalinin mərkəzi hissəsində yerləşən Muduq regionunda ikinci həftədir ki hökumət orduları ilə Əş-Şəbab qruplaşması arasında döyüşlər gedir. 24 avqust səhər saatlarında qruplaşma silahlıları Amar şəhərini ələ keçiriblər.

Xəbəri paylaş

VİDEOLAR