Amerikalı televiziya aparıcısı Taker Karlson bəyan edib ki, ABŞ hökuməti ona Rusiya prezidenti Vladimir Putindən müsahibə götürməyi qadağan edib.
Az.rasthaber.com xəbər verir ki, Sputnik-in məlumatına görə, “Fox News” telekanalının keçmiş aparıcısı Karlson İsveçrə mətbuatına müsahibəsində Vaşinqtonun münasibətinə görə Putindən müsahibə almaq planlarını reallığa çevirə bilməyəcəyini bildirib.
Karlson deyib:
"Bilirsiniz, mən Vladimir Putindən müsahibə almağa çalışdım, amma ABŞ hökuməti məni dayandırdı".
Ağ Evin onilliklər ərzində ABŞ mətbuatının məzmununa nəzarət etmək üçün çox aqressiv cəhdlər göstərdiyini qeyd edən Karlson, Ukraynadakı münaqişəni misal çəkərək, ABŞ ictimaiyyətinə “böyük dövlətlər arasında potensial nüvə münaqişəsi” haqqında hər şeyi bilməsinin qadağan olduğunu vurğulayıb.
“Rossiya Seqodnya” və “Russia Today” kanallarının baş redaktoru Marqarita Simonyan avqustun sonunda verdiyi açıqlamada, Karlsonun Putindən müsahibə tələb etdiyini və kiminsə bunu eşidib prezidentə çatdırmasının çox yaxşı olacağını bildirmişdi.