ABŞ Ordusunun karvanı İraqda hücuma məruz qaldı

ABŞ Ordusunun karvanı İraqda hücuma məruz qaldı

Amerikanın logistik himayə karvanı Bəsrə-Nasiriyyə istiqamətində hücum hədəfinə çevrilib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, "Saberin Nyus" informasiya agentliyi bundan öncə xəbər vermişdi ki, Amerikanın bir logistik himayə karvanı bu ölkənin Babil vilayətinin "Əlhillə" bölgəsində hücum hədəfi olub.

Ondan öncə də işğalçı amerikan qüvvələrə məxsus bir logistik təchizat karvanı İraqın qərbində yerləşən Ələnbar vilayətində, digər bir amerikan təchizat karvanı isə İraqın cənubunda yerləşən Əlmusənna vilayətinin Əlsəmavə rayonunda hədəfə alınmışdı.

Əksər iraqlı siyasi qruplar amerikalı hərbçilərin tez bir zamanda İraq ərazisini tərk etmələrini vurğulayırlar.

Xəbəri paylaş

VİDEOLAR