ABŞ Ordusu İraqda terrorçulara silah-sursat dəstəyi edir

ABŞ Ordusu İraqda terrorçulara silah-sursat dəstəyi edir

İraqda Bədr təşkilatı terrorçu ABŞ hərbçilərinin İraq-Suriya sərhədindəki yeni fəaliyyətlərini ifşa edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə,  Bədr təşkilatının ofis başçısı Qəsa Ələnbari dünən gecə bildirib ki, son bir neçə gün ərzində terrorçu ABŞ hərbçiləri daimi şəkildə Suriyanın Bukəmal və İraqın Rəbiə bölgələri arasında patrul keçməkdədirlər.

Qəsa Ələnbarinin sözlərinə görə, terrorçu amerikalı hərbçilər Ələnbar vilayətindəki Əynuləsəd bazasından Suriyanın daxili və sərhəd bölgələrinə doğru gediş-gəlişdədirlər.

Bundan öncə Rusiya və Suriya Amerikanı onda ittiham etmişdilər ki, iddia olunan humanitar yardımlar çətiri altında Suriya-İraq sərhədinin yaxınlığında yerləşən «Əlrəkban» düşərgəsindəki terrorçulara silah və hərbi təchizatlar göndərir.

 İraq parlamentinin üzvü Muxtar Əlmusəvi bazar günü bildirib ki, Amerika öz qüvvələrini yerləşdirmək məqsədilə İraq-Suriya sərhədi yaxınlığındakı bəzi bölgələri qəsb etmək niyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR