ABŞ hələ də İranın qisas məqsədli bir addım atacağını gözləyir
Rasthaber Azərbaycan xəbər verir ki, İranın terror qrupu kimi tanıdığı ABŞ-ın CENTOM-un komandiri İranın hücumlarını gözlədiklərini bildirib.
CENTOM komandiri general McKenzie İranın ABŞ-ın İraqdakı “Ayn al Asad” hərbi bazasına hücumdan sonra döyüşü şiddətləndirmək istəmədiyini, lakin ABŞ güclərinin hələ də İranın qisas məqsədli bir addım atacağını gözlədiyni açıqlayıb.
General McKenzie İranın Fars körfəzindəki dəniz güclərinin son həftələrdə normal fəaliyyətdə olduğunu da önə çəkib.
Qeyd edək ki, bu ilin yanvar ayının 3-də ABŞ Ordusu İraqıb Bağdad Hava Limanında əməliyyat keçirərək İranın İnqilab Keşikçilər Korpusunun Qüds gücləri komandanı Qasim Süleymaniyə qarşı sui-qəsd həyata keçirmiş, İran 8 yanvarda ABŞ-ın İraqdakı Ayn Al Asad hərbi bazasını raketlərlə bombalayaraq yararsız hala gətirmişdi. İran tərəfi 80 hərbçinin öldüyünü bildirsə də, ABŞ prezidenti Donald Tramp yaralı və ölənlərin olmadığını bildirmişdi. Sonradan ABŞ tərəfi yaralıların olduğunu etiraf etmiş, son dəfə yaralıların kəllə-beyin travması və kontuziya alanların sayının 64-ə çatdığını açıqlamışdı.