İsrail polisinin işğal altındakı Şәrqi Qüdsdә yaşayan fәlәstinlilәrә etdiyi hücumlara qarşı reaksiyalar artmaqda davam edir.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) və Amerika İslam Əlaqələri Şurası (CAIR) tərəfindən verilәn bigә bәyanatda İsrail polisinin ibadət edən müsəlmanlara hücum etmәsinin qәbuledilmәz olduğu bildirilib.
İsrailin bu addımının beynәlxalq hüquq normalarına zidd olduğu vurğulanan bәyanatda Co Bayden vә Konqresin bu mәsәlә ilә bağlı hәrәkәtә keçmәsinin vacibliyi vurğulanıb.
Bәyanatda İsrail polisinin törәtdiyi hücumların müsәlmanlara vә Әqsa mәscidinә qarşı böyük hörmәtsizlik olduğu qeyd olunub.
Hollandiyanın paytaxtı Amsterdamda da İsrail polisinin fәlәstinlilәrә etdiyi hücumlara qarşı etiraz aksiyası keçirilib.
Dam meydanında keçirilәn aksiyada çox sayda fәlәstinli iştirak edib.
Hollandiyalıların vә türklәrin dә dәstәk verdiyi aksiyaya qatılanlar ‘‘Azad Fәlәstin’’ şüarını sәslәndiriblәr.