ABŞ Müdafiə Nazirliyi: İranın hücumu nəticəsində yaralıların sayı 109 oldu

ABŞ Müdafiə Nazirliyi: İranın hücumu nəticəsində yaralıların sayı 109 oldu

ABŞ Müdafiə nazirliyi - Pentaqon yeni açıqlama yayıb.

Pentaqon yeni açıqlama yayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, İranın İraqdakı ABŞ hərbi bazasına hücum etməsindən sonra, kəllə-beyin travması və kontuziya alan hərbçilərin sayı 109 olub.

ABŞ Ordusunun Qərargahının rəisi Mark Milley daha əvvəl açıqlamasında "kəllə-beyin travması" diaqnozu ilə xəsarət alan hərbçilərin sayının artacağını açıqlamışdı.

Ekspertlər TBI xəsarətlərini normal şərtlərdə yaranan kəllə-beyin travması deyil, daha ağır nəticələr doğuran xəsarət adlandırıb.

Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb - çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün xəstəxanaya çatdırılmalı  və daimi nəzarətə götürülməlidir.

Qeyd edək ki, Tramp hücumun ilk günündə ölən və yaralananların olmadığını bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR