"ABŞ məntiqli hərəkət edərsə, anlaşma əlçatandır"

İran İslam Respublikasının xarici işlər naziri Rusiya xarici işlər naziri ilə telefon söhbətində vurğulayıb ki, Amerika məntiqli hərəkət edərsə, anlaşma əlçatandır.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Hüseyn Əmir Abdullahiyan deyib:

Biz bütün tərəfləri müzakirələrlə bağlı təşəbbüs göstərməyə çağırırıq.

Əmir Abdullahiyan həmçinin deyib: Tehran yaxşı, güclü, dayanıqlı və əlbəttə ki, qırmızı xətlərə riayət edilməklə razılaşmaya nail olmağa əzmkardır.

İran xarici işlər naziri qeyd edib ki, Rusiyanın İranın təsdiqlədiyi razılaşmanı dəstəkləyən müsbət mövqeyi təqdirəlayiqdir.

Sergey Lavrov da bu telefon söhbətində bildiribdir ki, Rusiyanın razılaşmanın əldə olunmasını himayə etməsi davam edir.

Lavrov əlavə edib: Moskva İran tərəfinin maraq və tələblərinin reallaşması istiqamətində ədalətli razılaşmaya nail olmağa çalışır.

Xəbəri paylaş

VİDEOLAR