18.04.2022 11:23:23
Amerikalı deputat ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin, Rusiyanın Ukraynaya hücumunun Yəməndə ərzaq böhranını daha da artırdığına dair açıqlamalarına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü İlhan Omar beynəlxalq ictimaiyyətin Yəmən böhranına biganəliyini, ABŞ və Avropanın Ukrayna, İslam ölkələri və üçüncü dünya ölkələrindəki humanitar məsələləri diqqətə alma mövzusunda, ikili standartını tənqid edib.
İlhan Omar Tvitter hesabında mövzu ilə bağlı Tvitter hesabında belə bir paylaşım edib:
"Yəməndəki dağıdıcı humanitar böhrana səbəb Rusiyanın Ukraynaya qanunsuz hərbi hücumu deyil, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə qəddar hücumu və mühasirəsi ilə bağlıdır. Bu hücum milyonlarla yəmənlini aclıqdan öldürdü, lakin, ABŞ hələ də bu koalisiyaya dəstəyini davam etdirir. Bu cinayət, mövzuyla əlaqəsi olmayanın üzərinə atılmamalıdır".
“Associated Press”in xəbərində bu ifadələr yer alıb:
“ABŞ-ın BMT-dəki nümayəndəsi Rusiyanı Ukraynaya təcavüz etməklə Yəməndə və başqa yerlərdə ərzaq qeyri-sabitliyi və təhlükəsizliyi pisləşdirməkdə ittiham edib”.
Xatırladaq ki, ABŞ 2015-ci ildə Yəmənə təcavüzündən bəri Səudiyyə koalisiyasına hərbi, siyasi və bəzən də logistik dəstək verir.
Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsində (23 noyabr 2021-ci il) itkilərlə bağlı son statistikasında, yeddi il ərzində bu hücumlarda birbaşa və ya dolayısı ilə 337 min insanın həlak olduğunu bildirir.
Qeyd edək ki, Yəmənin işğalı başlayandan bəri minlərlə xəstə dərman çatışmazlığından dünyasını dəyişib və milyonlarla yəmənli hələ də risk altındadır.