ABŞ-la İranın nüvə danışıqları bu gündən Qətərdə başlayır

ABŞ-la İranın nüvə danışıqları bu gündən Qətərdə başlayır

Avropa İttifaqının vasitəçiliyi ilə İranla ABŞ-ın nüvə sazişinin bərpası ilə bağlı danışıqları bu gündən Dohada başlayır.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu ölkənin nüvə danışqılarında olan müzakirəçilər qrupunun başçısı Əli Baqiri-Kəni Dohaya yola düşüb.

Həmçinin ABŞ-ı nüvə danışıqlarında təmsil edən diplomat Rober Mali də bu gün Dohada Qətər rəsmilərilə görüşüb.

Qeyd edək ki, bundan öncəki danışıqlar Vyanada keçirilirdi. Əlavə edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqların başlaması qərarı Avropa İttifaqının Ali rəsmisi Cozef Borrelin Tehrana səfərindən sonra verilib.

Xəbəri paylaş

VİDEOLAR