Amerika Birləşmiş Ştatlarında (ABŞ) Müsəlman Konqres üzvü İlhan Ömər, Qəzza hücumlarından az əvvəl İsrailə 735 milyon dollarlıq silah satışını təsdiqləyən Prezident Co Bayden rəhbərliyinə reaksiya verib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İlhan Ömər mövzu ilə əlaqəli yazılı açıqlama verib.
Qeyd edib ki, bölgədə şiddətin və mülki insanlara hücumların artdığı bir dövrdə İsrailə 735 milyon dollarlıq silah satışına qeyd-şərtsiz icazə vermək doğru qərar olmaz. Bu satış təsdiqlənərsə, şiddət davam edər. Atəşkəs cəhdləri uğursuzluqla nəticələnər. ABŞ rəhbərliyi İsrailin mülki şəxslərə hücumlarına biganə qala bilməz. Bu şiddət və hücumları gördükdən sonra daha silah satışına dair təsdiqə yenidən baxılmalıdır.
Qeyd edək ki, İsrailin Fələstinlilərə istiqamətli hücumları davam edərkən Demokratik Konqres üzvləri də Bayden rəhbərliyinin İsrail siyasətinə reaksiyalarını hər fürsətdə səsləndirirlər.