ABŞ: İsrailə yardım etmək bizim vəzifəmizdir!

ABŞ: İsrailə yardım etmək bizim vəzifəmizdir!

Nazirlikdə təşkil edilən mətbuat konfransında Blinken Qəzzada baş verən son hadisələri və ABŞ rəhbərliyinin bu mövzuda yürütdüyü siyasətləri dəyərləndirib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Qəzzada hücumlarını davam etdirən sionist İsrailə silah göndərməyə davam edəcəklərini açıqlayıb.

Sionist İsrailə silah göndərməyə davam edəcəkləri və ya bunu şərtləndirəcəkləri ilə bağlı dəqiq bir qiymətləndirmə aparan amerikalı nazir deyib:

“İsrailin öz təhlükəsizliyi üçün lazımi müdafiə vasitələrinə malik olmasını təmin etmək bizim öhdəliyimizdir və bu, daimi öhdəlikdir”.

O, silahların ixtisarı məsələsinin onların gündəmində olmadığını deyib.

Blinken, digər tərəfdən sionist İsrailin Qəzzada mülki insanları hədəf almamaq öhdəliyi olduğunu və İsrail tərəfi ilə hər görüşdə bunu gündəmə gətirdiklərini vurğulayaraq bildirib:

“Heç bir mülki vətəndaşın Qəzzada öldüyünü görmək istəmirik”.

Blinken bir suala cavab olaraq, “İsrailə silah göndərmək və Qəzzada mülki itkilərin azaldılması lazım olduğunu söyləmək “uyğunsuzluq” deyil” deyiə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR