ABŞ İraqa etiraz etdi: Səfirliyimizə 14 silahlı hücum həyata keçirilib

ABŞ İraqa etiraz etdi: Səfirliyimizə 14 silahlı hücum həyata keçirilib

ABŞ İraqdan ölkə ərazisində olan xarici diplomatik nümayəndəliklərin qorunmasına dair olan öhdəliklərini yerinə yetirməyi tələb edib

ABŞ Dövlət Departamenti İraq rəhbərliyindən ölkə ərazisində olan xarici diplomatik nümayəndəliklərin qorunmasına dair olan öhdəliklərini yerinə yetirməyi tələb edib. Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.

Dövlət Departamenti vurğulayıb ki, bu ölkədə vəziyyət gərgin olaraq qalır və İran tərəfindən dəstəklənən qruplaşmalar hələ də təhdid mənbəyidir.

Telekanal bildirir ki, 2019-cu ilin sentyabrından İraqda olan ABŞ personalına qarşı 14 hücum həyata keçirilib. Bu hücumların ya İran hökuməti, ya da Tehran tərəfindən dəstəklənən üsyançılar tərəfindən təşkil edildiyi vurğulanır.

Qeyd edək ki, ötən gecə ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb. Səfirlik ərazisinə üç raket atılıb ki, onlardan da biri diplomatik nümayəndəliyin restoranına düşüb. Nəticədə bir nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR