ABŞ Dövlət katibi Antoni Blinken cümə axşamı danışıb
Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken cümə axşamı İranla 2015-ci il nüvə anlaşmasını xilas etmək üçün aparılan danışıqların “sonsuza qədər davam edə bilməyəcəyini və davam etməyəcəyini” deyib və bu mövzuda tezliklə irəliləməyin Tehrana bağlı olduğunu bildirib.
Blinken bu barədə cümə axşamı Küveytdə həmkarı Şeyx Əhməd Nasir Əl Məhəmməd Əl Sabahla keçirdiyi mətbuat konfransında danışıb.
ABŞ-ın ən yüksək səviyyəli diplomatı Bayden administrasiyasının danışıqları davam etdirməyə hazır olduğunu, ancaq İranın da qərar verməli olduğunu qeyd edib.
İki tərəf ABŞ Prezidenti Co Bayden yanvar ayında vəzifəyə başladığından bəri Vyanada bir neçə dəfə vasitəçilərlə danışıqlar aparıb. Orada İranın nüvə proqramını məhdudlaşdırmaq barədə beynəlxalq razılaşmaya əməl edəcəyi təqdirdə, Tehrana qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsi müzakirə edilmişdi.
Amerika Birləşmiş Ştatları rəsmi olaraq 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı və ya JCPOA olaraq bilinən müqavilədən çıxıb və o zamandan bəri İran, uranın zənginləşdirmə səviyyəsini artırmaq və daha böyük uran ehtiyatlarını saxlamaq da daxil olmaqla, öhdəliklərindən kənar bir neçə addım atıb.
Blinken, "İranın nüvə proqramı ilə bağlı həyata keçirdiyi fəaliyyətlərə davam edəcəyi təqdirdə JCPOA-nın əldə etdiyi qazanclar JCPOA-ya qayıtmaqla tamamilə bərpa edilə bilməz" deyib.
Qeyd edək ki, nüvə danışıqlarından ilk olaraq ABŞ çıxıb. İran tərəfi danışıqlar üçün ilk öncə bütünü sanksiyaların ləğvini tələb edir.