ABŞ Dövlət Departamenti İranla məhbus mübadiləsi sazişinin bir hissəsi olaraq ölkənin bloklanmış vəsaitlərinin Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə verdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, çərşənbə axşamı səhər Amerika mediası bu ölkənin Xarici İşlər Nazirliyinin Cənubi Koreyadan 6 milyard dollar dondurulmuş İran pulunun Qətər banklarına köçürülməsinə görə sanksiyaların yüngülləşdirilməsinə razılıq verdiyini bildirib.
“Associated Press” xəbər agentliyi yazıb ki, ABŞ dövlət katibi Entoni Blinken bu əməliyyatla bağlı sənədi ötən həftə imzalayıb, lakin bazar ertəsi ABŞ Konqresinə rəsmi bildiriş göndərilib.