ABŞ İranın sanksiyaların ləğv edilmə tələbini qəbul etmir

ABŞ İranın sanksiyaların ləğv edilmə tələbini qəbul etmir

İranın 2017-ci ildən sonra bəri olunan bütün sanksiyaların ləğvi ilə bağlı tələbi ABŞ üçün qəbuledilməzdir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

“İran 2017-ci ildən bəri tətbiq olunmuş bütün sanksiyaların ləğvinin vacibliyi ilə bağlı öz mövqeyində qalarsa, o zaman biz çıxılmaz vəziyyətdə qalarıq. İranın praqmatik bir mövqe tutub-tutmayacağı hələ də sual doğurur”, - Dövlət Departamentinin nümayəndəsi belə deyib

Onun sözlərinə görə, ABŞ Vyanadakı danışıqlarda iranlılara açıq şəkildə izah edib ki, Tehranın nüvə anlaşmasına qayıdacağı halda hansı sanksiyaları ləğv etmək mümkün olacaq.

O, sabiq prezident Donald Tramp administrasiyasının İrana qarşı “maksimum təzyiq” göstərilməsi ilə bağlı yanaşmasını da tənqid edib. O bildirib ki, İran sadəcə ABŞ-a xoş gəlməyən fəaliyyətlərini gücləndirib və bu, “mübahisə üçün fakt yaratmır”. Buna görə Tramp siyasəti ABŞ milli təhlükəsizliyi ilə uyğun gəlmir.

 

Xəbəri paylaş

VİDEOLAR